Astarada bruselyoz xəstəliyinə yoluxan heyvanlar zərərsizləşdirilib

Astarada bruselyoz xəstəliyinə yoluxan heyvanlar zərərsizləşdirilib
18:37 12 Mart 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Astara rayonunda bruselyoz xəstəliyinə yoluxan iki baş iribuynuzlu heyvan zərərsizləşdirilib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şüvü kənd sakini Şaban Məmmədova məxsus fermer təsərrüfatında qeydə alınıb. 
Onun sözlərinə görə, ötən ay Astara Rayon Baytarlıq İdarəsi tərəfindən təsərrüfatındakı 70-ə yaxın heyvandan qan nümunələri götürülüb. Nümunələr Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyasında yoxlanıldıqdan sonra 2 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliyi aşkar olunub. Bu barədə təsərrüfat sahibi məlumatlandırılıb, hər iki heyvan kəsilərək baytarlıq-sanitariya tələblərinə uyğun şəkildə zərərsizləşdirilib və ərazidə dezinfeksiya işləri aparılıb. Ş.Məmmədov bununla da ona 3000 manata yaxın maddi ziyan dəydiyini bildirib. 
Qeyd edək ki, bundan əvvəl də ötən ilin avqust ayında onun təsərrüfatında 78 baş iribuynuzlu heyvan tələf olmuşdu. Ümumiyyətlə, ötən ay ərzində Astara Rayon Baytarlıq İdarəsi tərəfindən 1700 başa yaxın heyvandan götürülən qan nümunələri Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyasında yoxlanılıb. Astarada 8000 baş heyvanın yoxlanılması nəzərdə tutulub.




Xəbərin orijinal ünvanı: https://report.az/ask/astarada-bruselyoz-xesteliyine-yoluxan-heyvanlar-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR