Paşinyandan Qarabağda müharibə kimi bəyanat: “Prezident İlham Əliyevlə...”

Paşinyandan Qarabağda müharibə kimi bəyanat: “Prezident İlham Əliyevlə...”
18:23 12 Mart 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

“Təhlükəsizlik Şurasının iclasının Xankəndində keçirilməsi simvolik olmaqla yanaşı, həm də konkret məna daşıyır. Bu o deməkdir ki, Ermənistan və “Artsax” (Dağlıq Qarabağda separatçı rejim - red) respublikalarının münasibəti keyfiyyətcə yeni mərhələyə daxil olur. Gələcəkdə bu mərhələyə hansı təzahürlər daxil ola biləcəyini bugünkü müzakirələr müəyyən edir”.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən iclasda bildirib.

Paşinyan qeyd edib ki, onların seçkiöncəsi hədəflərindən biri Dağlıq Qarabağı danışıqların əsas tərəfi olması idi.

“Seçkinin nəticələrinə görə “Mənim addımım” bloku seçicilərdən güclü mandat aldı. Ermənistanın baş naziri və hökuməti olaraq, bu istiqamətdə ardıcıl addımlara təşəbbüs edəcəyik. Bu məsələ indi Azərbaycan Prezidenti İlham Əliyev və Minsk qrupunun həmsədrləri ilə müzakirələrin ən əhəmiyyətli bəndlərindən biri olaraq qalır. Bizim üçün danışıqlar prosesində Qarabağın iştirakı şıltaqlıq, yaxud şərt deyil, münaqişənin nizama salınmasında əsas mənadır”, - deyə erməni baş nazir absurd iddialarını Qarabağda da davam etdirib.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/272439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR