Bütün dünya bu ETİRAFDAN danışır

Amerikanın Los Angeles şəhərində yaşayan balerina Luna Montana sosial mediada yayımladığı videolarla məşhurlaşıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, “İnstagram”da on minlərlə izləyicisi olan 18 yaşlı balerina “bədənimdən nifrət edirəm” başlığı ilə yayımladığı videosu ilə ölkəsindən kənarda da məşhurlaşmağa başlayıb.

Luna bu paylaşımı ilə bütün balerinaların az və ya çox bədən dismorfik pozğunluğu olduğunu iddia edib. Bu problemdən əziyyət çəkən şəxslər bədənində var olmayan qüsurları şişirdərək zehnlərini həddindən artıq bununla məşğul edirlər. öz bədənlərinin formasından narahat olan insanların anoreksiya kimi ölümcül xəstəliklərə tutulduğunu da bildirib.

3 yaşından bəri rəqslə məşğul olduğunu bildirən Luna Montana əziyyət çəkənlərin yalnız olmadığı mesajını verib.

Gənc balerinanın bu paylaşımı dünya mətbuatının diqətini çəkib.






Hava ilə bağlı XƏBƏRDARLIQ! - Küləyin sürəti güclənəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR