Təyyarədə dava salan azərbaycanlı deyilmiş

Martın 11-də “Orenburq” hava limanında Moskvaya uçan təyyarədə azərbaycanlının iştirakı ilə xoşagəlməz hadisə yaşanıb.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Orenburq vilayətindən olan millət vəkili Yuriy Mişeryakov tvitterdə məlumat yayıb.

Vilayət mərkəzinin keçmiş merinin sözlərinə görə, sərxoş Azərbaycan vətəndaşı təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salıb.

“Polis və sərnişinlərin köməyi ilə davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edib”, - deyə o, bildirib.Məlumata görə isə, təyyarədə dava salan Azərbaycan yox, Ermənistan vətəndaşı imiş.


Polisləri təhqir etdiyinə görə adı açıqlanmayan 37 yaşlı kişiyə qarşı cinayət işi açılıb.

Hava ilə bağlı XƏBƏRDARLIQ! - Küləyin sürəti güclənəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR