Avropanın əksər ölkələrinin borc almağa ehtiyacı yoxdur

Avropanın əksər ölkələrinin borc almağa ehtiyacı yoxdur
17:02 12 Mart 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

“Report”un analitik qrupu dünyanın müxtəlif ölkələrinin tədavülə buraxdığı dövlət istiqrazlarının illik gəlirliliyini nəzərdən keçirib.
Məlum olub ki, borc alətlərinə investisiya müqabilində ən çox gəlir vəd edən ölkə Venesueladır.
Son vaxtlar siyasi-iqtisadi böhranın yaşandığı, hiperinflyasiyanın qeydə alındığı Venesuelada dövlət istiqrazlarının illik gəlirliliyi 92 571,4%-dir və bu qədər fantastik gəlirliliyə malik borc aləti heç bir ölkədə yoxdur.
Bununla belə, bəzi ölkələrin də qiymətli kağızlarının gəlir marjası nəzərəçarpacaq dərəcədə yüksəkdir. Həmin ölkələr Venesuela ilə eyni regionda yerləşən Argentina (21,3 – 32,4%), eləcə də Ukrayna (16,7 – 19,2%), Türkiyə (15,1 – 19,2%), Misir (16,1 – 17,7%), Uqanda (9,2 – 16,3%), Nigeriya (10,6 – 14,3%), Pakistan (10,6 – 13,6%), Keniya (3,7 – 13,2%), Şri-Lanka (9,6 – 11,5%) və Namibiyadır (7,4 – 11,3%).
Əksər ölkələrdə dövlət istiqrazlarının illik gəlirliliyi 0-10% arasında dəyişir. Bununla yanaşı, Avropanın 17 ölkəsində, eləcə də Yaponiyada istiqraz faizləri mənfidir. Bu, həmin ölkələrin borc almağa ehtiyacının olmamasından xəbər verir. Başqa sözlə, həmin qiymətli kağızlara pul qoyanlar nəinki gəlir əldə edirlər, əksinə pullarını “etibarlı əllər”də saxlamaq üçün xərcə düşürlər.
Ölkənin adı Dövlət istiqrazlarının
illik gəlirliliyi
Amerika 1 ABŞ 2,4 – 3,1% 2 Argentina 21,3 – 32,4% 3 Braziliya 6,3 – 8,9% 4 Çili 3,3% - 4,3% 5 Kanada 1,6 – 2,1% 6 Kolumbiya 4,7 – 7,0% 7 Meksika 7,9 – 8,5% 8 Peru 4,4 – 6,1% 9 Venesuela 7,9 – 92 571,4% Avropa 10 Almaniya - 0,6 – 0,8% 11 Avstriya - 0,5 – 1,3% 12 Belçika - 0,5 – 1,3% 13 Bolqarıstan - 0,5 - 0,7% 14 Böyük Britaniya 0,5 – 1,7% 15 Çexiya 1,7 – 2,9% 16 Danimarka - 0,6 - 1,0% 17 Finlandiya - 0,5 – 1,0% 18 Fransa - 0,6 – 1,7% 19 Xorvatiya 0,0 – 2,0% 20 İrlandiya - 0,5 – 1,6% 21 İslandiya 4,8 – 5,0% 22 İspaniya - 0,4 – 2,3% 23 İsveç - 0,4 – 1,0% 24 İsveçrə - 1,0 – 0,3% 25 İtaliya - 0,3 – 3,6% 26 Kipr 0,3 – 1,8% 27 Latviya 0,1 – 0,5% 28 Litva 0,3 – 1,2% 29 Macarıstan 0,2 – 3,8% 30 Malta - 0,3 – 1,8% 31 Niderland - 0,6 – 0,8% 32 Norveç 1,1 – 2,5% 33 Polşa 1,3 – 2,9% 34 Portuqaliya - 0,4 – 2,4% 35 Rumıniya 2,7 – 4,9% 36 Rusiya 7,6 – 8,6% 37 Serbiya 2,9 – 4,5% 38 Slovakiya - 0,3 – 1,4% 39 Sloveniya - 0,3 – 0,8% 40 Türkiyə 15,1 – 19,2% 41 Ukrayna 16,7 – 19,2% 42 Yunanıstan 1,0 – 4,8% Yaxın Şərq 43 Bəhreyn 4,2 – 5,8% 44 İordaniya 3,7 – 6,9% 45 İsrail 0,3 – 3,3% 46 Qətər 3,3 – 3,9% 47 Misir 16,1 – 17,7% Asiya – Sakit Okean 48 Avstraliya 1,6 – 2,6% 49 Banqladeş 3,4 – 8,5% 50 Cənubi Koreya 1,8 – 2,0% 51 Çin 2,4 – 3,8% 52 Filippin 5,2 – 6,4% 53 Hindistan 6,4 – 7,8% 54 Honqkonq 0,7 – 1,8% 55 İndoneziya 5,9 – 8,6% 56 Malayziya 3,3 – 4,7% 57 Pakistan 10,6 – 13,6% 58 Sunqapur 1,9 – 2,6% 59 Şri-Lanka 9,6 – 11,5% 60 Tailand 1,7 – 3,1% 61 Tayvan 0,6 – 1,3% 62 Vyetnam 3,0 – 4,8% 63 Yaponiya - 0,2 – 0,6% 64 Yeni Zelandiya 1,7 – 2,4% Afrika 65 Botsvana 1,7 – 5,0% 66 Cənubi Afrika 6,8 – 9,7% 67 Keniya 3,7 – 13,2% 68 Mavriki 3,2 – 6,1% 69 Mərakeş 2,4 – 3,7% 70 Namibiya 7,4 – 11,3% 71 Nigeriya 10,6 – 14,3% 72 Uqanda 9,2 – 16,3%

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/avropanin-ekser-olkelerinin-borc-almaga-ehtiyaci-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR