Rusiya bankı Azərbaycanda kənd təsərrüfatına maliyyə yatırmaq istəyir

Rusiya bankı Azərbaycanda kənd təsərrüfatına maliyyə yatırmaq istəyir
16:57 12 Mart 2019
Ölkə mətbuatı
A- A+

"Qazprombank" Azərbaycanda kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda jurnalistlərə bankın İdarə Heyətinin sədri Famil Sadıqov deyib.

Onun sözlərinə görə, söhbət kənd təsərrüfatı sahəsində istehsalat müəssisələrinin yaradılması və avtomobil yollarının tikintisi üzrə layihələrdən gedir.

F.Sadıqov qeyd edib ki, Azərbaycan tərəfi ilə birgə müxtəlif sahələrə "Qazprombank"ın investisiyalarının cəlb olunması üçün mexanizmin yaradılması üzərində iş gedir. Bakıda olduqları müddətdə bankın nümayəndələri, həmçinin bu layihələrin maliyyələşdirilməsi üçün kapital bazarlarından vəsaitlərin cəlb olunması imkanlarını müzakirə edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/738293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR