Rusiyanın ilk qurbanları bu ölkələr olacaq – Kəşfiyyatdan BÖYÜK MÜHARİBƏ XƏBƏRDARLIĞI

Rusiyanın ilk qurbanları bu ölkələr olacaq – Kəşfiyyatdan BÖYÜK MÜHARİBƏ XƏBƏRDARLIĞI
16:53 12 Mart 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Rusiya Avropa Parlamentinə seçkiləri qarışdırmağa çalışacaq və NATO ilə potensial silahlı konfliktə hazırlığı davam etdirəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Estoniyanın xarici kəşfiyyat xidmətinin 70 səhifəlik illik məruzəsində deyilir.

Rusiyanın son hərbi təlimlərinin analizindən sonra məruzənin müəllifləri nəticəyə gəliblər ki, Rusiya silahlı qüvvələri NATO ilə genişmiqyaslı hərbi münaqişəyə hazırlaşır. Estoniya kəşfiyyatı həmçinin Rusiyanın qərb sərhədlərində hərbi fəallıq göstərir.

Məruzədə qeyd edilir ki, böhranın eskalasiyası vaxtı ehtimal ki, Rusiya əvvəlcə Baltikyanı ölkələrə hücum edəcək.

“Rusiya və NATO arasında münaqişədə Moskva Qərbi Avropada hücumları həyata keçirməyə çalışacaq. Rusiya həmçinin, Avropa Parlamentinə may ayında keçiriləcək seçkilərin nəticəsinə təsir etməyə çalışacaq, Almaniya, Fransa və İtaliya kimi böyük dövlətlərə diqqət ayıracaq. Rusiya seçkilərində rusiyayönlü qüvvələrin parlamentdə daha çox yer almasına çalışacaq”, - Estoniyanın xarici kəşfiyyatının başçısı Mikk Marran deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/272425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR