Xuan Quaido Venesuelada milli etiraz günü keçirməyə çağırıb

Xuan Quaido Venesuelada milli etiraz günü keçirməyə çağırıb
16:47 12 Mart 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela müxalifətinin lideri, bu ölkənin Milli Assambleyasının sədri Xuan Quaido tərəfdarlarını bu gün milli etiraz günü keçirməyə çağırıb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Bu gün - martın 12-si saat 3-də bütün venesuelalıları özlərinə ən yaxın küçə və prospektlərə çıxmağa çağırıram. Hakimiyyət qəsbkarlığına son qoyulması küçələrdə təşkil edəcəyimiz kütləvi çıxışlardan asılıdır", - müxalifət lideri "Twitter"də yazıb.
X.Quaidonun çağırışı Venesuelada elektrik enerjisi təchizatı sistemində davam edən problemlər və nəticədə ötən həftə ölkə ərazisinin 80%-nin işıqsız qalması fonunda səslənib.
Venesuela hökuməti bəyan edib ki, enerji böhranının səbəbi məsuliyyəti ABŞ-ın üzərinə yıxılan kiberhücum olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/quaido-venesuelada-milli-etiraz-gunu-kecirmeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR