Azərbaycan Mərkəzi Bankının blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı pilot layihəsinə 8 bank qoşulub

Azərbaycan Mərkəzi Bankının blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı pilot layihəsinə 8 bank qoşulub
15:47 12 Mart 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda hələ ki, məsafədən bank hesabının açılması nəzərdə tutulmayıb”.
“Report” xəbər verir ki, bunu Bakıda blokçeyn texnologiyaları ilə bağlı keçirilən tədbirdə
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndəsi Sahib Həsənov bildirib.
Qeyd edək ki, AMB hazırda blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı pilot layihə həyata keçirir. Qurumun rəsmisinin sözlərinə görə, bu sahədə problemləri aradan qaldırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası yeni qaydalar hazırlayır: “Bu qaydalar imkan verəcək ki, video-identifikasiya vasitəsilə bankda hesablar açılsın. Bu necə baş verir? Öncə müştəri sistemdə qeydiyyatdan keçir. Daha sonra xidmətdən istifadə etmək üçün marketpleys üzərindən sorğu göndərir. 3-cü mərhələfə müştəri video-identifikasiyadan keçirilir. Yəni ola bilsin ki, bu xidmət üçün müştərinin adından başqası qeydiyyatdan keçib, ona görə də video isentifikasiya tətbiq edilir".
S.Həsənov həmçinin deyib ki, müştəri haqqında fərdi məlumatlar həmin şəxsin razılığı ilə “e-gov” platformasında avtomatik olaraq əldə edilib, banka təqdim olunur. Bununla belə, yeni qaydalara görə, “Elektron imza” olmadan açılan hesabların sayına limit qoyulacaq: “Hazırda elektron imza olmadan istənilən sayda bank hesabı açmaq olur. Amma yeni qanunvercilikdə buna limit tətbiq ediləcək. AMB-nin layihəsinə 8 bank qoşulub. Layihənin icrasının yekununda onlar müştərilərinə dediyim xidmətləri göstərə biləcəklər”. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-merkezi-bankinin-blokceyn-texnologiyalarinin-tetbiqi-ile-bagli-pilot-layihesine-8-bank-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR