Baş nazir: "Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır"

Baş nazir: "Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır"
15:27 12 Mart 2019
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov bu ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşündə deyib.

Görüş zamanı tərəflər hərbi əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlərin keçirilməsi, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Baş nazir qeyd edib ki, Bolqarıstan NATO-nun üzv ölkəsidir və özünün müdafiə qabiliyyətinin inkişafı üçün ciddi səylər göstərir.

Görüşdə, həmçinin Bolqarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Botsev və müdafiə nazirinin müavini Atanas Zapryanov iştirak ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/738251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR