Əhliman Əmiraslanov: Bu gün xeyli sayda Azərbaycan vətəndaşı orqan transplantasiyası əməliyyatı gözləyir

Əhliman Əmiraslanov: Bu gün xeyli sayda Azərbaycan vətəndaşı orqan transplantasiyası əməliyyatı gözləyir
15:22 12 Mart 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün xeyli sayda Azərbaycan vətəndaşı orqan transplantasiyası əməliyyatı gözləyir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov orqan transplantasiyası üzrə keçirilən dinləmələrdə çıxış edərkən deyib.

Ə.Əmiraslanov bildirib ki, orqan transplantasiyası son 50 ildə inkişaf etməyə başlayıb. Son illərdə isə bu sahə geniş vüsət alıb. Hər il dünyada 120 mindən çox orqan transplantasiyası əməliyyatı icra edilir. Amma dünyada pasientlərin orqan transplantasiyasına olan ehtiyacı bu göstəricidən daha çoxdur.

Komitə sədri bildirib ki, Azərbaycanda da orqan transplantasiyası sahəsində irəliləyiş var və çox sayda əməliyyatlar icra edilir:

“Amma orqan transplantasiyası sahəsində əsas problem donorluqla bağlıdır. Donorların sayının az olması, əməliyyata ehtiyacı olan orqanların tapılmaması əməliyyatların sayına təsir göstərir”.

Ə.Əmiraslanov əlavə edib ki, orqan transplantasiyası ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Buna görə də parlament tərəfindən orqan transplantasiyası haqqında mükəmməl qanun layihəsinin hazırlanması qərara alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3031727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR