Özil bu uşaqlara formalarını göndərdi - FOTO

Özil bu uşaqlara formalarını göndərdi - FOTO
15:05 12 Mart 2019
70 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın futbolçusu Məsut Özil örnək addımı ilə gündəmə gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əvvəlcə Kenyanın Nayrobi şəhərində yaşayan Lavrens adlı uşağın qələmlə arxasına "Özil" yazdığı formalı şəkilləri sosial mediada məhşurlaşıb.

Bu şəkilləri görən 30 yaşlı yarımmüdafiəçi həmin uşağa və dostlarına forma, top və butslar göndərib. Şəxsi "İnstagram" səhifəsində uşaqların şəkillərini paylaşan Almaniya millisinin sabiq üzvü bu sözləri yazıb: "Öz əlləriylə düzəltdiyi formanı geyinən uşaqların şəkillərini internetdə görəndə çox təsirləndim. İndi Lavrensə baxın. Onu və qardaşını belə xoşbəxt gördüyüm üçün çox sevinirəm".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR