AFFA "Sumqayıt"ı 5600 manat cərimələdi, baş məşqçisini cəzalandırdı

AFFA "Sumqayıt"ı 5600 manat cərimələdi, baş məşqçisini cəzalandırdı
15:01 12 Mart 2019
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın XX turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, Premyer Liqanın XX turunun “Qəbələ” - “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Qəbələ” klubunun 27 №-li futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Sumqayıt” - “Neftçi” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 78-ci dəqiqəsində “Sumqayıt” klubunun 1 №-li futbolçusu Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib.

Oyunun 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3031708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR