Ötən gün 3 piyada yol qəzalarının qurbanı olub

Ötən gün 3 piyada yol qəzalarının qurbanı olub
13:36 12 Mart 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ötən gün 3 piyada yol qəzalarının qurbanı olub.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 11-də saat 21 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində şəhər sakini S.Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Ə.Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Martın 11-də saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayonun ərazisində şəhər sakini R.Həsizadə idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən şəhər sakini S.Qədiməliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Martın 12-də saat 2 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İ.İslamovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3031639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR