Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə satışı həyata keçiriləcək

Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə satışı həyata keçiriləcək
13:32 12 Mart 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC sabah Saatlı rayonun Çolpı kəndində azot gübrəsinin növbəti səyyar satışını həyata keçirəcək.
Bu barədə “Report”a nazirlikdən bildirilib.
Məlumata görə, satış icra nümayəndəliyinin binasında təşkil ediləcək və ondan Saatlı rayonuna yaxın ərazilərdə yaşayanlar yararlanacaqlar.
Qeyd edək ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər. Satış barədə ətraflı məlumat almaq üçün (050) 332-29-98 nömrəli telefona (Ağa Əsədov, Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) zəng etmək lazımdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/saatlida-azot-gubresinin-guzestli-sertlerle-satisi-heyata-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR