Külək güclənəcək - XƏBƏRDARLIQ

Külək güclənəcək - XƏBƏRDARLIQ
13:22 12 Mart 2019
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 14-19, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında martın 13-də hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Xəbərdarlığa görə, sabah Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/738182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR