Azərbaycanda yeni DATA mərkəzi açıla bilər

Azərbaycanda yeni DATA mərkəzi açıla bilər
13:17 12 Mart 2019
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax rayonunda tikilməkdə olan ehtiyat DATA mərkəzi bu ilin iyul ayında fəaliyyətə başlaya bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda "AzInTelecom"un direktor müavini Ceyhun Əliyev kibertəhlükəsizlik həftəsi çərçivəsində keçirilən "Dayanıqlı və təhlükəsiz bulud mühiti" konfransında deyib.

O qeyd edib ki, ehtiyat nüsxələmə çox vacib texnologiyadır və bunun köməyi ilə istənilən itirilmiş informasiyanı bərpa etmək olar:

"Elə şirkətlər var ki, onların öz İT infrastrukturları yoxdur, bu şirkətlər öz məlumatlarını Yevlaxda tikilən məlumat bazasında saxlaya bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/738166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR