Bakıda bir həftə Novruz festivalı olacaq

Bakıda bir həftə Novruz festivalı olacaq
12:58 12 Mart 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Turizm İnformasiya Mərkəzini Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə mart ayının 18-dən 24-dək Sahil bağında Novruz festivalını keçirməyi planlaşdırır.

Dövlət Turizm Agentliyindən Publika.az-a verilən məlumata görə, şəhərin mərkəzindəki park Novruzun yeni brend bəzəkləri ilə dekorasiya olunacaq və istirahət, satış, səhnə və əyləncə ərazilərinə bölünəcək.

Xüsusi piyada yolu ilə təchiz olunacaq bu festivalda çoxlu sayda qonaqların gəlişi gözlənilir və giriş sərbəstdir. Tədbir boyunca İnteraktiv və maraqlı animatorlar müxtəlif tamaşalar səhnələşdirəcək və mehriban könüllü komandası ziyarətçilərin vaxtının xoş keçməsi üçün yardımçı olacaq. Əlavə olaraq, festival çərçivəsində şəhər sakinlərini xüsusi şou-proqram gözləyir.

“Novruzu qarşılamanın 20 günü” adı altında təşkil olunacaq Novruz festivalında təbətin əsas dörd elementinə uyğun dizaynda qurulmuş satış və əl işləri köşkləri, həmçinin səhnə və əyləncə üçün xüsusi ərazilər ayrılmışdır. Bundan əlavə tədbir iştirakçıları sənətkarların milli əl işləri nümunələrindən ibarət sərgi, həmçinin bayram ərəfəsi və günlərində hazırlanan milli mətbəximizin təamlarından da tədbir çərçivəsində baş tutacaq master klasslarda dadmaq imkanını əldə etmiş olacaqlar. Festivalın ərazisi 11:00-dan etibarən 21:00-dək açıq olacaq (bayram günləri saat 23:00-dək).

Bayram şənlikləri 14:00-da başlayacaq və 19:00-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/272398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR