Deputat: Bakı bulvarında mazut qoxusundan hərəkət etmək olmur

Deputat: Bakı bulvarında mazut qoxusundan hərəkət etmək olmur
11:55 12 Mart 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bakı bulvarında mazut qoxusundan hərəkət etmək olmur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Elmira Axundova deyib.

E.Axundova bildirib ki, paytaxt Bakıda ekoloji vəziyyət dözülməzdir: “Bakı bulvarı bərbad gündədir. Mazut qoxusu hər tərəfi bürüyür. Nə üçün həmin ərazi təmizlənmir? "Ağ şəhər" ərazisində də vəziyyət pisdir. Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə daha ciddi işləməlidir”.

Millət vəkili qeyd edib ki, bir çox kustar sexlər ekoloji vəziyyəti bərbad günə salır: “Şadlıq evləri nə qədər tüstü, zərərli maddələr buraxır. Bütün bunların hamısı ciyərlərimizə dolur. Nə yaxşı ki, Bakıda hərdən külək əsir, şəhərin havası bir qədər təmizlənir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3031589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR