Əlilliyi olan şəxslərin peşə təhsili müəssisələrində təhsil haqqı dövlət hesabına ödəniləcək

Azərbaycanda əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qanuna dəyişiklik müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

KİŞİLƏR buna görə XƏYANƏT edir? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR