Nazirlikdən TONQAL XƏBƏRDARLIĞI

Nazirlikdən TONQAL XƏBƏRDARLIĞI
11:44 12 Mart 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Novruz bayramı günlərində tonqal qalayan şəxslər, müəssisələr yanğınsöndürən vasitələri də əl altında saxlamalıdırlar.

Lent.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev deyib.

Onun sözlərinə görə, yandırılan tonqaldan ətrafa bir qığılcım düşərsə, yanğın təhlükəsi yaranarsa, təlaşlanmaq yerinə yanğınsöndürən vasitələrlə yanğını söndürmək lazımdır.

Şöbə rəisi görülən profilaktik tədbirlərdən də danışıb. Qeyd edib ki, tədbirlərin kütləvi şəkildə keçiriləcəyi yerlər əvvəllcədən müəyyənləşdirilib: “Əhalinin kütləvi şəkildə toplaşacağı yerlər tərəfimizdən müəyyənləşdirilib. Həmin ərazilərdə yanğın təhlükəsi yarada biləcək nöqsanlar aşkar olunduğu təqdirdə rayon icra hakimiyyətlərinə, həmin tədbiri təşkil edən müəssisə və təşkilatların rəhbərlərinə məktublar göndərilir və bu barədə məlumat verilir. Maarifləndirici söhbətlər aparılır”.

T.Babayev onu da vurğulayıb ki, bayram günlərində yandırılacaq tonqalların ətrafına toplaşacaq insanlara, xüsusilə azyaşlı uşaqlara qarşı daha diqqətli olmaları tövsiyə olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR