3 yaşa qədər uşaqlara verilən müavinətin artırılmasına baxılacaq

“Azərbaycanda son iki ayda əhalinin güzəranının yaşılaşdırılmasına xidmət edən inqilabi addımlar atılıb”.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

Komitə sədri qeyd edib ki, hazırda minimum əməkhaqqı, əmək pensiyası, müavinətlər, tələbələrin təqaüdləri artırılıb: “Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılacaq”.

H.Rəcəbli bildirib ki, bəzən bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur: “Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR