“Türkiyədə gəmi, Bakıda isə mürəbbə hazırlayırlar” - FOTO

“Türkiyədə gəmi, Bakıda isə mürəbbə hazırlayırlar” - FOTO
11:32 12 Mart 2019
Ölkə mətbuatı
A- A+

Ötən gün Türkiyənin iki məşhur kino və serial ulduzu Müge Boz və Nergis Kumbasar Azərbaycana gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar Azərbaycan və Türkiyə istehsalı olan "Çat kapı aşk" filminin premyerasında iştirak ediblər. İki tanınmış sima qaladan əvvəl Bakının tarixi yerlərində olublar, paytaxtla bağlı instaqram səhifələrində paylaşımlar ediblər.

M. Boz Azərbaycana heyran olduğunu bildirib: "Bura Bakıdakı Qız qalası deyilən tarixi bölgədir. Balaca küçələr arasında inanılmaz gözəl memarlıq abidələrinə baxarkən əzilməyəcəksiz. Çünki şəhərdə sıxlıq yoxdur. Əl ilə toxunan xalçalar, qutablar, qoyun dərisindən hazırlanan papaqlar, keçmiş əşyaları satan mağazalar...

Gözəl yeməkləri də var. Hər şey təbiidir. Buraların enerjisi mənə çox yaxşı təsir edir, sizə də tövsiyyə edirəm. Mürəbbə və turşular deyən zaman ağıla Azərbaycan gəlir. Biz qarpız qabığından gəmilər düzəldirik, amma qardaş ölkə bundan mürəbbə hazırlayır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/738128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR