Ana 11 yaşlı qızını öldürdü - Dəhşətli səbəb - FOTO

Ana 11 yaşlı qızını öldürdü - Dəhşətli səbəb - FOTO
11:22 12 Mart 2019
96 Dünya
Ölkə mətbuatı
A- A+

Qadın 11 yaşlı qızını ad günündən 4 gün əvvəl qətlə yetirib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Rosa Alcides Rivera adlı qadın uşağı bıçaqladıqdan sonra onu xəstəxanaya aparıb, həkimlərə "uşağım itkin düşmüşdü" deyib.

Hadisə ABŞ-ın Florida ştatının Orlando şəhərində baş verib.

Uşağın kürəyində 15 bıçaq yarası olub. O, xəstəxanada dünyasını dəyişib. Qadın həkimlərlə mübahisə etməyə başlayıb və onların üstünə bıçaq çəkib. Orlando polisi qadını cinayət şübhəlisi kimi saxlayıb.

O, əvvəlcə cinayətdən boyun qaçırsa da, sonradan qatil olduğunu etiraf edib.

FOX TV-nin məlumatına görə, qadın saxlanılarkən ifadəsində bildirib ki, qızı kişiylə cinsi əlaqədə olmasın deyə onu öldürüb.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR