Bu yollar bağlanacaq: SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Bu yollar bağlanacaq: SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
10:29 12 Mart 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 12-dən 13-nə keçən gecədən etibarən 14-ü axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyya vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Binəqədi şosesi və Azadlıq prospekti ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq Binəqədi-Biləcəri avtomobil yoluna yönəldiləcək.

Ordubadi küçəsinə digər istiqamətdən məhdudlaşma Yəhya Hüseynov küçəsi ilə kəsişmədə yerləşən dairədən tətbiq ediləcək. Sözügedən ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillər alternativ olaraq Asəf Zeynallı küçəsi vasitəsi ilə Bİləcəri-Binəqədi yoluna yönəldiləcək.

Sadalanan ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərər anlayışla yanaşmalarını xahiş edir.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR