Dünya birjalarında neft bahalaşdı

Dünya birjalarında neft bahalaşdı
10:28 12 Mart 2019
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Publika.az xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar artaraq 66,64 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar bahalaşaraq 56,94 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,66 dollar artaraq 67,52 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/enerji/272376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR