Ramin Quluzadənin vətəndaşlarla görüş vaxtı dəyişdi

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin 15 mart 2019-cu il tarixində Şabran şəhərində nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nazir 29 mart 2019-cu il tarixində saat 12:00-da Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Şabran rayonunda 023 3532004

Quba rayonunda 023 3355050

Qusar rayonunda 023 3853157

Xaçmaz rayonunda 023 3252218

Siyəzən rayonunda 023 3040120

nömrəli telefonlara zəng etmələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR