Konor Makqreqor həbs edildi

İrlandiyalı döyüşçü Konor Makqreqor ABŞ-ın Florida ştatında polis tərəfindən həbs edilib.

Metbuat.az ölke.az-a istinadən xəbər verir ki, irlandiyalı döyüşçü Mayami-Biç səmtində fanatı ilə münaqişəyə görə saxlanılıb. Polisdən verilən məlumata görə, idmançı onunla foto çəkdirmək istəyən şəxsə qarşı aqressiv davranıb.

Makqreqor qaldığı oteldən çıxaraq “LİV” gecə klubuna doğru hərəkət edirmiş. Bu zaman əlində telefon olan fanatı ona yaxınlaşıb. Makqreqor telefonu əlindən alaraq qırır və yoluna davam edir. Zərərçəkən polisə müraciət edib.

Telefonun qiyməti min dollardır. Növbəti gün Makqreqor saxlanılıb. Ona qarşı quldurluq və ziyan vurma maddəsi ilə ittiham elan edilib.

Günün ulduz falı - 12 MART - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR