Konor MakQreqor telefona görə tutuldu - VİDEO - FOTO

Konor MakQreqor telefona görə tutuldu - VİDEO - FOTO
10:12 12 Mart 2019
Ölkə mətbuatı
A- A+

Yüngül çəkidə Absolyut Döyüş Çempionatı (UFC) versiyası üzrə sabiq dünya çempionu, irlandiyalı Konor MakQreqor dünən ABŞ-ın Mayami-biç şəhərində tutulub.

Milli.Az Miami Herald-a istinadən bildirir ki, 30 yaşlı döyüşçünün saxlanmasının səbəbi onun pərəstişkarına hücum etməsidir.

Yaşlı fanat Konor "Fontainebleau Miami Beach" otelindəki LİV gecə klubundan çıxarkən onun fotosunu çəkməyə çalışıb. Sinirlənmiş MakQreqor onun əlindən vurub telefonunu alıb, sonra telefonu yerə çırparaq tapdalayıb.

Polisdən verilən məlumata görə, telefonun dəyəri təqribən 1000 dollar idi.

MMA-da 21 qələbəyə nail olaraq 4 dəfə məğlub olmuş Konor MakQreqor ötən ilin oktyabrında yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə dağıstanlı Həbib Nurməhəmmədova uduzub.

Polis idarəsindən "Turner Guilford Knight Correctional Center"ə aparılmış Konor MakQreqor 12500 dollar ödəyəndən sonra pullu zaminə buraxılıb.

İrlandiyalı döyüşçü Cənubi Floridaya anasının 60 yaşının tamam olması münasibətilə yollanmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Konor MakQreqor telefona görə tutuldu


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR