İsraildən Qüdslə bağlı NƏHƏNG ADDIM: 5 il ərzində... - FOTO

İsraildən Qüdslə bağlı NƏHƏNG ADDIM: 5 il ərzində... - FOTO
10:03 12 Mart 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

İsrail Şimali Qüdsdə 23 min yeni bina inşa edəcək.

Publika.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, növbəti layihə 5 il ərzində gerçəkləşdiriləcək.

“Qüdsdə 276 milyon dollarlıq sərmayə ilə yeni binalar tikiləcək. Bu çərçivədə yeni anlaşma imzaladıq. Qüds bir məskunlaşma ərazisi deyil, sonsuza qədər İsrailin paytaxtı və əbədi varlığının 3 min illik parçasıdır”-, Netanyahu sosial media hesabında qeyd edib.

İsrailin “Kanal 7” televiziyası sözügedən razılaşmanın Netanyahunun iştirakı ilə Maliyyə Nazirliyi, İsrail Torpaqları İdarəsi və Qüds bələdiyyəsi arasında imzalandığını elan edib.

Razılaşmaya əsasən, köhnə və yeni Qüdsə bağlı məhəllələr inkişaf etdiriləcək. İnfrastruktur üçün sərmayə və yeni iş yerinə çevirmək üçün geniş yerlər təsis ediləcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/272370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR