Məşhur türk aktrisasının babası azərbaycanlı imiş - FOTO

Məşhur türk aktrisasının babası azərbaycanlı imiş - FOTO
09:57 12 Mart 2019
Ölkə mətbuatı
A- A+

"Kiralık aşk" serialındakı "Neriman" obrazı ilə tanınan aktrisa Nergis Kumbasar ötən gün yenidən Bakıya gəlib.

Milli.Az xəbər verir ki, çəkildiyi "Çat Kapı Aşk" filminin qala gecəsi üçün paytaxta gələn aktrisa Bakını çox bəyəndiyini söyləyib.

O, filmin mətbuat konfransında Bakıyla bağlı fikirlərini bölüşərkən babasının azərbaycanlı, nənəsinin isə rus olduğunu etiraf edib.

 "İlk dəfə işlə əlaqəli burada olmuşam. İkinci dəfə qızım və yaxın rəfiqəmlə tətil üçün gəldik. İndi də qala üçün gəlmişəm. Hər dəfəsində Bakı o qədər xoşuma gəlir ki, bütün dostlarıma, yaxınlarıma bura gəlməyi məsləhət görürəm. Paytaxtın mənə bu qədər doğma gəlməsi təsadüfi deyil. Çünki babam azəri, nənəm isə rus olub. İnsanlarınız olduqca mehribandırlar".

Bəxtiyar
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR