DÇ: Azərbaycan şahmat yığması bu gün Hindistanla qarşılaşacaq

DÇ: Azərbaycan şahmat yığması bu gün Hindistanla qarşılaşacaq
07:42 12 Mart 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında bu gün VII turun oyununu keçirəcək.
"Report"un məlumatına görə, rəqib Hindistan yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov, Hindistanı isə Başkaran Adiban, Krişnan Saşikiran, Surya Qanquli, Panayappan Seturaman və Çitambaram Aravind təmsil edir.
Bu tur Çin - İsveç, İngiltərə - Misir, Qazaxıstan - İran və ABŞ - Rusiya qarşılaşmaları da oynanılacaq.
Qeyd edək ki, 6 turdan sonra Rusiya 10 xalla vahid liderdir. 9 xala malik olan Hindistan və İngiltərə 2-3-cü yerləri bölüşdürür. ABŞ 8 xalla 4-cü, Çin 6 xalla 5-ci yerdədir. Azərbaycan, Qazaxıstan və İsveç hərəyə 4 xalla 7 - 9-cu yerləri bölüşdürür. 1 xalı olan Misir isə sonuncu-10 - cu yerdədir.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/dc-azerbaycan-sahmat-yigmasi-bu-gun-hindistanla-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR