"Yuventus" "Atletiko"nu, "Mançester Siti" "Şalke"ni qəbul edir

"Yuventus" "Atletiko"nu, "Mançester Siti" "Şalke"ni qəbul edir
07:32 12 Mart 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.
"Report" xəbər verir ki, görüşlərdən biri İtaliyada, digəri isə İngiltərədə təşkil olunacaq.
Günün maraqla gözlənilən qarşılaşmasında "Yuventus" İspaniya "Atletiko"sunu qəbul edəcək. İlk matçda rəqibinə 0:2 uduzan Turin təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün ən azı üç top fərqi ilə qalib gəlməlidir. "Qoca Sinyora"nın 2:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxta aparacaq.
Hər iki kollektiv bu görüşə itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Aleks Sandro cəzalı, Andrea Bartsalyı və Sami Xedira isə zədəli olduğu üçün oyunu buraxacaq. Mattia De Şilyonun isə oyunda iştirakı sual altındadır. Madrid klubunda Tomas Partey, Dieqo Kosta cəzalı, Filipe Luis və Lukas Ernandes zədəlidir. Dieqo Qodinin isə durumuna oyun vaxtı aydınlıq gələcək.
Digər görüşdə isə "Mançester Siti" Almaniyanın "Şalke" klubu ilə dueldə sərfəli nəticə əldə ətməyə çalışacaq. Səfərdə rəqibini 3:2 hesabı ilə üstələyən "şəhərlilər"ə bugünkü matçda heç-heçə də sərf edəcək. İngiltərə təmsilçisinə Klaudio Bravo və Kevin De Brüyne zədəli olduqları üçünkömək edə bilməyəcək. Nikolas Otamendi və Fernandinyo isə cəzalıdır. Qonaqlarda isə Alessandro Şöpf zədəlidir.
Qeyd edək ki, daha öncə Portuqaliyanın "Portu", Hollandiyanın "Ayaks", İngiltərənin "Tottenhem" və "Mançester Yunayted" komandaları 1/4 finala vəsiqə qazanıb. 1/8 final mərhələsinin cavab oyunlarına martın 13-də keçiriləcək "Barselona" (İspaniya) - "Lion" (Fransa) və "Bavariya" (Almaniya) - "Liverpul" (İngiltərə) matçları ilə yekun vurulacaq.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
12 mart
24:00. "Yuventus" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Turin. "Juventus Stadium"
İlk oyun - 0:2
24:00. "Mançester Siti" (İngiltərə) - "Şalke" (Almaniya)
Baş hakim: Klemen Turpin (Fransa)
Mançester. "City of Manchester Stadium"
İlk oyun - 3:2

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-atletiko-nu-qebul-edir-afi-sa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR