Mi9 Xiaomi-nin bahalı olmayan sonuncu flaqman cihazı ola bilər

Mi9 Xiaomi-nin bahalı olmayan sonuncu flaqman cihazı ola bilər
07:22 12 Mart 2019
Ölkə mətbuatı
A- A+

Son bir neçə il ərzində flaqman smartfonlarının qiymət göstəriciləri 1000$-ı keçib və bahalaşmaqda davam edir. Həmin flaqman smartfonların fonunda Çindən olan brendlərin cihazları daha sərfəli idilər. Lakin görünür, bu vəziyyət bir neçə müddətdən sonra dəyişəcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, Xiaomi şirkətinin təsisçisi və CEO-su olan Lei Jun bildirib ki, bir neçə müddət bundan öncə təqdim edilmiş Mi9 smartfonu şirkətin 447$ qiymətində satılan son smartfon modeli ola bilər. Bu barədə Gizchina saytı xəbər verib.

"Biz, bizim smartfonlarımızın 300$ qiymətində təqdim olunması etibarından azad olmaq istəyirik. Biz daha çox investisiyalar yatırmaq və daha yaxşı məhsullar hazırlamaq istəyirik. Gələcəkdə bizim cihazlarımız baha ola bilər. O qədər də bahalı olmasa da qiymət göstəricisindəki fərq nəzərə çarpacaq" - deyə Lei Jun bildirib. Beləliklə Xiaomi şirkətinin gələcək cihazları bir qədər baha qiymətə satılacaqlar. Bununla yanaşı onların texniki göstəriciləri də təkmilləşdirilməlidirlər. Qeyd etmək lazımdır ki, qiymət siyasətinə yenidən baxılma hələki Xiaomi şirkətinin flaqman smartfonlarına aid edilir. Redmi seriyasına bu hal toxunmamalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/737697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR