Xiaomi Black Shark 2-nin təqdimat tarixi elan olundu

Xiaomi Black Shark 2-nin təqdimat tarixi elan olundu
07:12 12 Mart 2019
Ölkə mətbuatı
A- A+

Beləliklə bir neçə ay olmuş məlumat sızıntılarından sonra Xiaomi şirkəti rəsmi olaraq özünün Black Shark 2 gamer smartfonunun təqdimat tarixini elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Şirkət bununla bağlı Çinin Weibo sosial şəbəkəsində poster paylaşıb. Həmin posterə əsasən smartfon 18 mart tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, həmin gündə Çində həmçinin Redmi Note 7 Pro smartfonunun da təqdimatı keçiriləcək. Xiaomi Black Shark 2 smartfonu Skywalker kod adına sahibdir.

Milli.Az technote.az-a istinadən bildirir ki, smartfon genişformatlı ekran (ekran üzərində çıxıntı hissə olmadan), Snapdragon 855 prosessoru, 8/10/12 GB RAM, ikili arxa kamera və 27 vatt gücündə enerji qəbul edən sürətli enerji yığma texnologiyası ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon Game Turbo rejiminə də sahib olacaq. Smartfonun əsas özəllikləri sırasında Liquid Cool 3.0 soyutma sistemi olacaq. Bununla yanaşı smartfon ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə də təchiz oluna bilər. Xiaomi Black Shark 2 smartfonu Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/737695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR