"Peresə "yox" deyə bilmədim" - Zidan

"Peresə "yox" deyə bilmədim" -  Zidan
07:05 12 Mart 2019
104 İdman
Ölkə mətbuatı
A- A+

"Bu xüsusi gündür. Evə döndüyüm üçün çox xoşbəxtəm".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Marca"ya açıqlamasında Zinəddin Zidan "Real"a baş  məşqçisi təyinatı ilə bağlı danışarkən deyib.

Fransalı mütəxəssis Madrid klubuna qayıtdığı üçün sevindiyini bilidirib: "Suallarınızı sonra verərsiniz. İndi heç nə deməyəcəm. Bircə onu deyim ki, qayıtmağıma şadam. Yenidən işləyib, komandanı layiq olduğu yerə qaytarmaq istəyirəm. Tək arzum sabah işə başlamaqdır.

Doqquz ayda heç bir müsahibə verməmişəm, ancaq onu deyim ki, "Real"ın prezidenti Florentino Peres mənə zəng edəndə "yox" deyə bilmədim. Doqquz ay enerji yığmışam, indi işləməyə hazıram".

Xatırladaq ki, Zidan bundan əvvəl də - 2016-cı ildən 2018-ci ilin iyununa kimi Madrid təmsilçisini çalışdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR