Braziliyada güclü yağışlar 12 nəfərin həyatına son qoyub

Braziliyada güclü yağışlar 12 nəfərin həyatına son qoyub
06:02 12 Mart 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyanın San-Paulu ştatına və onun ətraf rayonlarına yağan güclü yağışlar nəticəsində azı 12 nəfər həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə regionun xilasetmə xidmətinə istinadən UOL informasiya portalı məlumat yayıb.
Meteoroloqlar güman edirlər ki, yağışlar hələ azı 48 saat davam edəcək.
Ştat qubernatoru Joau Doria sakinləri zərurət olmadan evlərini tərk etməməyə çağırıb.
Bildirilir ki, torpaq sürüşməsi zamanı binaların uçulması nəticəsində azı 5 nəfər ölüb. Daha 3 nəfər yağış suları axınlarında batıb. Ölənlər arasında bir yaşlı körpə də var.










Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/braziliyada-guclu-yagislar-12-neferin-heyatina-son-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR