Xırdalanda civə satan şəxs saxlanıldı

Xırdalanda civə satan şəxs saxlanıldı
05:53 12 Mart 2019
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunun Xırdalan şəhərində keçmiş məhkum yarım kiloqram civəni müştəriyə satarkən saxlanılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, şəhərdəki restoranların birində mühafizəçi işləyən 43 yaşlı Rövşən İslamov "iş üstündə" tutulub.

O, civəni zibillikdən tapdığını və bu barədə ilk olaraq zərgər dostuna xəbər verdiyi, daha sonra isə onu 5 min manata satmaq qərarına gəldiyini bildirib.

Bundan öncə 4 dəfə məhkumluq həyatı yaşamış R.İslamov bu əməlindən də peşman olduğunu deyib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/272354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR