Kürdəmirdə iki avtobus toqquşub, 3 nəfər xəsarət alıb

Kürdəmirdə iki avtobus toqquşub, 3 nəfər xəsarət alıb
04:52 12 Mart 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında, Bakı-Qazax avtomobil yolunun 190 km-də qeydə alınıb.
"Mercedes Vito" markalı mikroavtobus arxadan digər "Mercedes" markalı sərnişin avtobusuna çırpılıb və yol kənarına aşıb. Nəticədə 1993-cü il təvəllüdlü Şəmkir rayonu Düyərli kənd sakini Rüfanə Akif qızı Aslanova, 1992-ci il təvəllüdlü Fərid Ayaz oğlu İsmayılzadə və 1959-cu il təvəllüdlü Akif Sayad oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Ucar rayonunda yol qəzası baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-mikroavtobus-avtobusa-cirpilib-3-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR