Venesuela Kolumbiya ilə sərhədi qismən açıb

Venesuela Kolumbiya ilə sərhədi qismən açıb
04:02 12 Mart 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela hökuməti tibbi yardıma ehtiyac duyan şagird və tələbələrə, həmçinin onları müşayiət edən şəxslərə piyada Venesuela-Kolumbiya sərhədini keçmək icazəsi verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Venesuela Milli Qvardiyasının Urenye sərhəd keçidində dayanan nümayəndəsi deyib.
"Martın 11-dən [bazar ertəsindən] bəzi kateqoriyalı vətəndaşlar üçün piyada [Kolumbiyaya] keçid bərpa olunub", - deyə o bildirib.
Qvardiya nümayəndəsinin sözlərinə görə, sərhəddən Kolumbiya tərəfə iki minə yaxın insan keçib.
Kolumbiya fevralın sonunda Venesuela ilə sərhədi bağladığını elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuela-kolumbiya-ile-serhedi-qismen-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR