Cənubi Koreya KXDR-in Soxe poliqonundakı fəaliyyətini diqqətlə izləyir

Cənubi Koreya KXDR-in Soxe poliqonundakı fəaliyyətini diqqətlə izləyir
22:47 11 Mart 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Respublikasının hərbçiləri KXDR-in nüvə-raket proqramı ilə bağlı fəaliyyətinin monitorinqini gücləndirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu qərargah rəisləri komitəsinin nümayəndəsi polkovnik Kim Çun Nak deyib.

"Koreya Respublikasının Silahlı Qüvvələri ABŞ-la birgə poliqondakı bütün hərəkətliliyi, eləcə də raket startlarına mümkün hazırlıqla bağlı fəaliyyətləri diqqətlə izləyir", - deyə o bildirib. Bununla yanaşı, polkovnik təfərrüatları açıqlamaqdan imtina edib.

Bir qədər əvvəl ABŞ-ın ictimai radiosu kommersiya peyklərindən əldə edilən fotoşəkillərin analizinə əsasən, KXDR-in raket sınağına, yaxud kosmik buraxılışa hazırlıq işləri gördüyünün ehtimal olunduğu barədə xəbər yaymışdı. "DigitalGlobe" kompaniyasının məlumatına əsasən, Pxenyan yaxınlığında yerləşən Sanumdon yaşayış məntəqəsi rayonundakı obyektdə böyük miqdarda xüsusi texnika qeydə alınıb.

Həmçinin Şimali Koreya problemləri ilə məşğul olan 38 North saytı və Amerika strateji və beynəlxalq tədqiqatlar mərkəzi bundan bir neçə gün əvvəl KXDR-in Sanumdonda uzaqmənzilli raket buraxılışı kompleksinin yerləşdiyi Soxe obyektində fəallığını bərpa etməsinin mümkünlüyünü bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/737980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR