Ekvadorda kokain daşıyan təyyarə qəzaya uğrayıb

Ekvadorda kokain daşıyan təyyarə qəzaya uğrayıb
22:42 11 Mart 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Ekvadorun Manabi əyalətində kokain partiyası daşıyan kiçik təyyarə qəzaya uğrayıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi yerli polisə istinadən "Comercio" nəşri məlumat yayıb.
Polisin məlumatına görə, təyyarə xarici ölkədə qeydiyyatdan keçib, onun göyərtəsində iki nəfər olub. Onlar xəsarət alıblar və mühafizə altında xəstəxanaya yerləşdiriliblər. Yaralıların hələlik ifadə verməkdən imtina etdikləri bildirilir və hazırda onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Təyyarə yerə düşdükdən sonra yanmağa başlayıb, ona görə kokainin bir hissəsi orada yanıb.
Ekvatorun özü demək olar ki, kokain istehsal etmir, lakin qadağan olumuş maddənin Perudan Braziliyaya tranziti ilə məşğul olan ölkə hesab edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ekvadorda-kokain-dasiyan-teyyare-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR