Əlcəzair hökuməti İSTEFAYA GETDİ

Əlcəzair hökuməti İSTEFAYA GETDİ
22:39 11 Mart 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Əlcəzair hökuməti ölkədə cərəyan edən kütləvi etirazların fonunda istefaya gedib. ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin rəsmi informasiya agentliyi prezident dəftərxanasına istinadən məlumat yayıb.
 
Daha əvvəl prezident Əbdüləziz Buteflika ölkədə prezident seçkilərinin təxirə salındığını və növbəti seçkilərə getməyəcəyini açıqlamışdı.
 
Qeyd edək ki, fevral ayının 22-dən Əlcəzairdə Əbdüləziz Buteflikanın prezident seçkilərində iştirakına qarşı kütləvi xalq etirazları davam edir. Onun rəqibləri bildirir ki, səhhətinin yaxşı olmaması Buteflikanın ölkəni effektiv şəkildə idarə etməsinə əngəl törədir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR