Səfir: ABŞ Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirir

Səfir: ABŞ Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirir
22:17 11 Mart 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Erl Litzenberqeri qəbul edib.
“Report” xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji layihələri, ələlxüsus Cənub Qaz dəhlizi layihəsi haqda məlumat verib və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.
Səfir E.Litzenberq Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirərək, ABŞ-ın bu layihələrə dəstəyini bəyan edib. Səfir habelə Azərbaycanın terrorçuluğa qarşı beynəlxalq mübarizəyə verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.
Səfir Erl Litzenberqer etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Nazir Elmar Məmmədyarov ABŞ-ın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sefir-abs-azerbaycanin-enerji-tehlukesizliyine-verdiyi-tohfeleri-yuksek-qiymetlendirirfgh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR