FHN-in “Facebook” səhifəsində şöbə rəisi suallarınıza birbaşa CAVAB VERƏCƏK

FHN-in “Facebook” səhifəsində şöbə rəisi suallarınıza birbaşa CAVAB VERƏCƏK
22:04 11 Mart 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu il 12 mart tarixində saat 11.00-dan etibarən Fövqəladə Hallar Nazirliyinin “Facebook” sosial şəbəkə səhifəsində (https://www.facebook.com/officialfhn) “Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydaları” mövzusunda birbaşa sual-cavab təşkil olunacaq.

 

Lent.az FHN-nin saytına istinadən bildirir ki, nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş zabiti Gülçin Mehdiyevanın moderatorluq edəcəyi canlı efirdə suallar Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev tərəfindən cavablandırılacaq.

 

Facebook üzərində canlı yayımda iştirak etmək istəyən şəxslər qeyd edilən vaxtda Fövqəladə Hallar Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə daxil olub suallarını verə bilərlər. Yayımda ancaq mövzuya dair suallar cavablandırılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR