Bakıda təcili eniş edən Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdiriləcək -

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən “Uralskiye Avialinii” aviaşirkətinə məxsus təyyarə Moskvaya martın 12-si səhər saatlarında yola düşəcək.

Hava limanının mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdiriləcək.

Hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə Bakıda qəza enişi edən “Uralskiye Avialinii” aviaşirkətinin A321 təyyarəsinə hələlik mütəxəssislər tərəfindən baxış keçirilir.

Xatırladaq ki, Bəhreyndən Moskvaya uçan “Uralskiye Avialinii” aviaşirkətinə məxsus təyyarə bazar ertəsi Bakı vaxtı ilə saat 14.56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə enib. Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

Təyyarədə, ekipaj üzvləri daxil olmaqla, 225 nəfər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR