"Futbol fanatları axmaq insanlardır” - Model azarkeşləri təhqir etdi

"Futbol fanatları axmaq insanlardır” - Model azarkeşləri təhqir etdi
19:42 11 Mart 2019
77 İdman
Ölkə mətbuatı
A- A+

32 yaşlı ispaniyalı model Alba Karilo "Real" fanatlarının sosial şəbəkədə ona ünvanladığı tənqidə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fanatlar klubun qolkiperi Tibo Kurtuanın son oyunlarda zəif çıxışına görə modeli günahlandlırıb. Karilo Kurtua ilə görüşmədiyini, cəmi bir dəfə birlikdə nahar etdiyini deyib.

"Mənim zəhləmi tökməyin. Futbol fanatları axmaq insanlardır. Bunlar cəmiyyətin tullantılarıdır. Mətbuat da həddini aşıb. Adamı incitməkdən zövq alır. Ümid edirəm ki, Kurtua mənə nifrət aşılayan bu xəbərlərə münasibət bildirəcək. "Real"dan xahiş edirəm, qol vurun ki, pis oyuna görə qadınlar günahlandırılmasın", - model bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/737947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR