Novruz bayramı ilə bağlı möhtəşəm konsert

"Lider tv və Radio Azərbaycan" MMC-nin Yasamal və Səbail rayon icra hakimiyyəti ilə birgə təşkil olunan möhtəşəm konsert proqramı eyni gündə iki fərqli məkanda keçiriləcək.

Metbuat.az xəbər verir ki, novruz bayramına həsr olunan musiqi ziyafəti paytaxt sakinlərinə eləcədə şəhərimizin qonaqlarına əsl bayram ab-havası yaşadacaq. Tanınmış mügənnilərin səhnə alacagı bayram şousu martın 19-da saat 17:00 dan 19:00-a qədər Yasamal parkında, saat 20:00-dan 22:00-a qədər isə Badamdarda Heydər Əliyev adına parkda keçiriləcək.

İlaxir çərşənbənizi bizimlə keçirin deyən Lider televizisyası hər kəsi açıq havada keçiriləcək möhtəşəm gecəyə dəvət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR