İş adamı ilə ailə quran müğənnimizin XINAYAXDISINDAN FOTOLAR

İş adamı ilə ailə quran müğənnimizin XINAYAXDISINDAN FOTOLAR
19:34 11 Mart 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün paytaxt məkanlarının birində aşıq Ulduz Sönməzin qızı Sədaqət Ulduzun xına mərasimi keçirilib.
 
 
Lent.az-a açıqlama verən səbəbkar bildirib ki, özəl məclisinə yalnız ailəsinə yaxın olan xanımları dəvət edib: "Allah bu gözəl gündən bütün xanımlara qismət eləsin. Bakıda toy etmək istəmədik, əvəzində xınayaxdı eləmək qərarına gəldik. Toy bir dənə olacaq. O da Türkiyədə. Ailə quracağım bəy gündəmdə olmağı sevmir. Heç sosial şəbəkədə şəkil də qoymur. Qadağaları da var. Deyir ki, kişilərlə salamlaşanda öpüşüb görüşmə. Mən də sərbəst böyüdüyüm üçün elə nüanslara fikir vermirdim".
 
 
Daha sonra aşıq Sədaqət Ulduz Lent.az-a açıqlama verərək, qızına xoşbəxtlik arzulayıb: "Qızımın ən xoşbəxt günüdür. Mən necə ola bilərəm? Mən heç bir zaman övladlarımın seçiminə qarışmamışam. Bu seçimi də özü etdi. Mən də seçiminə hörmətlə yanaşdım. Qız ağacı qoz ağacıdır. Qisməti bu imiş. Seçimindən razıyam. Bakıda da, İstanbulda da evləri var. Orda da, Bakıda da yaşayacaqlar. Yəni, qızım sənətdən getməyəcək. Allah bu gözəl gündən bütün subay qadınlara nəsib etsin".
 
 
Qeyd edək ki, Sədaqət Ulduz Türkiyədə yaşayan azərbaycanlı iş adamı ilə ailə qurur. Onların toyu İstanbulda olacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR