Bakıda İNSANI SARSIDAN OLAY - Atanın diqqətsizliyindən 3 yaşlı qızı öldü

Bakıda İNSANI SARSIDAN OLAY - Atanın diqqətsizliyindən 3 yaşlı qızı öldü
19:32 11 Mart 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsində Soltanlı Fərid Bəhmən oğlu özünə məxsus olan "Mercedes" markalı, 50 DC 902 dövlət qeydiyyat nişanlı avtomobili həyətdə saxlayıb. Bir qədər sonra avtomobil hərəkətə gəlib və Fərid Soltanlının 2016-cı ildə anadan olmuş qızı Fəridə maşının təkərləri altında qalıb. Körpə qız aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

İlkin araşdırma zamanı avtomobilin əl əyləcinin qoşulmadığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/737957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR